Azərbaycanda demoqrafik vəziyyət
Digər xəbərlər

Azərbaycanda demoqrafik vəziyyət

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il martın 1-nə kimi 10187539 nəfərə çatmışdır. Əhalinin bir kvadratkilometrə düşən sayı 118 nəfər olmuşdur.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 17081 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil etmişdir. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının isə 47,5 faiz olmuşdur. Körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulmuşdur.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 6739 nikah və 3456 boşanma halları qeydə alınmışdır.  

“Respublika”.