Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə Ukraynaya yardım haqqında qanun layihəsinin təsdiqindən sonra veriləcək ilk müdafiə paketini müzakirə etdiyini bildirib.
“Respublika” xəbər verir ki, Ukrayna prezidenti bu barədə sosial media hesabında məlumat yayıb.
“Co Baydenə Ukraynadakı sarsılmaz dəstəyinə və həqiqi qlobal liderliyinə görə minnətdaram”,- deyə paylaşımda bildirilib.
Musa Bağırlı,
“Respublika”.