Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır
Dünya xəbərləri

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb.

"Respublika" "Haber 7"-ə istinadla xəbər verir ki, Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş.

Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdən sakinlər təxliyə olunublar.

Yanğının söndürülməsi işləri davam edir.

Nəzrin ELDARQIZI,

"Respublika".