Qabon hərbi zabitləri hakimiyyəti ələ keçirdiklərini elan ediblər
Gündəm

Qabon hərbi zabitləri hakimiyyəti ələ keçirdiklərini elan ediblər

Qabonun bir qrup yüksək rütbəli hərbi zabiti çərşənbə günü səhər saatlarında milli televiziyadan hakimiyyəti ələ keçirdiklərini bildiriblər.

"Respublika" xəbər verir ki, zabitlər prezident Əli Bonqonun üçüncü dəfə qalib gəldiyini bildikdən sonra bu addımı atıblar.

Gabon 24 telekanalında çıxış edən zabitlər Mərkəzi Afrika ölkəsindəki bütün təhlükəsizlik və müdafiə qüvvələrini təmsil etdiklərini bildiriblər. Onlar seçkinin nəticələrinin ləğv edildiyini, bütün sərhədlərin növbəti bildirişə qədər bağlandığını bildiriblər.

Nurlan ABDALOV,

"Respublika".