Levandovski
İdman

Levandovski "Barselona"ya qələbə qazandırıb

İspaniya La Liqasının 33-cü həftəsində Robert Levandovskinin ulduzu olduğu matçda "Barselona" səfərdə "Valensiya"nı 4-2 hesabı ilə məğlub edib.

"Respublika" bu barədə "Haber Global"a əsasən xəbər verir.

İlk hissəni 2:1 hesabı ilə məğlub başa vuran "Barselona" "Valensiya"nın qapıçısı Giorgi Mamardaşvilinin 49-cu dəqiqədə cərimə meydançası xaricində topa toxunaraq qırmızı vərəqə almasından sonra meydanda rəqibi üzərində üstünlük əldə edib. "Barselona"nın qollarını Fermin Lopez və polşalı Robert Levandovski vurub.

Bu qələbə ilə "Barselona" xalını 73-ə yüksəldib.

Arzu BAXŞIYEVA,

"Respublika".