“Rthk.hk”: Azərbaycan və Latviya millisi Olimpiadaya vəsiqə qazanıb
İdman

“Rthk.hk”: Azərbaycan və Latviya millisi Olimpiadaya vəsiqə qazanıb

Bazar günü Honq-Konqda keçirilən ilk Olimpiya Təsnifat turnirində qalib gələn Latviya kişi və Azərbaycanın qadın basketbol komandaları Paris Olimpiadasına vəsiqə qazanıblar.

Bu barədə “Radio Television Hong Kong” xəbər saytı məlumat yayıb. Qadınların mübarizəsində Azərbaycan komandası Polşanı 18-17 hesabı ilə məğlub edib. Kişilər arasında qızıl medal qazanan Latviya komandası isə Avstriya üzərində 19:14 hesabı ilə qalib gələrək Olimpiadaya vəsiqə qazanıb. Azərbaycan Çin, ABŞ və Fransa kimi Parisə gedən komandalar sırasına qoşulur.

Röya RÜSTƏMLİ,

“Respublika”.