Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb
İdman

Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Almaniya Bundesliqasının XIII turunda bu gün "Bavariya" və "Union" komandaları arasında keçirilməli olan matç təxirə salınıb.

"Respublika" yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna Münhendəki əlverişsiz hava şəraiti səbəb olub.

Güclü qar ilə əlaqədar şəhərdə metro, avtobus və tramvayların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qarşılaşmanın hansı tarixdə keçiriləcəyi isə hələlik bəlli deyil.

"Bavariya" - "Union" matçı bu gün Bakı vaxtı ilə saat 18:30-da baş tutmalı idi.