Bu ilin mart ayı ərzində 3,6 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə "Respublika" ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 59,6 faizini kişilər, 40,4 faizini isə qadınlar təşkil edib.