Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
Siyasət

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Mayın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən "Respublika" ya bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun mayın 4-5-də Bancul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.