“İctimai proseslər media müstəvisində” mövzusunda forum panel müzakirələrlə davam edir
Gündəm

“İctimai proseslər media müstəvisində” mövzusunda forum panel müzakirələrlə davam edir

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə" panel sessiyası keçirilir.  

Respublika xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın moderatorluğu ilə keçirilən panel sessiyada  Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov,  Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli spiker qismində çıxış edirlər.

Nurlan ABDALOV,

"Respublika".