Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu
Gündəm

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

“Heydər Əliyevin tarixi çıxışlarına nəzər salsaq, ulu öndərin Azərbaycanın bu gününü planladığını görə bilərik”.

"Respublika" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ulu öndər Azərbaycanın torpaqlarının azad olunacağına əmin idi. “Bu gün Azərbaycanın qazandığı uğurların, qələbələrin təməli ulu öndər tərəfindən həmin dövrlərdə atılmışdı".

"Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə Azərbaycan xalqının və dövlətinin həyatında yeni tarixi mərhələ başlandı”.