Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub.
"Respublika" xəbər verir ki, finalda “Günəşli” və “Aşağı Güzdək” komandaları üz-üzə gəliblər. Bakı Tennis Akademiyasında keçirilən matç birincilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Günəşli” komandası Bakının kənd və qəsəbələri arasında keçirilən ll minifutbol turnirinin qalibi olub.
Üçüncü yer uğrunda isə “Biləcəri” və “Mərdəkan” komandaları qarşılaşıblar. Əsas vaxt 4:4 hesablı heç-heçə ilə yekunlaşdığına görə penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Mərdəkan təmsilçisi (3:1) bürünc medallara sahib çıxıb.
Medalçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev, veteran futbolçu və idman səfiri İlqar Qurbanov və Azərbaycan Tennis Federasiyanın vitse-prezidenti Mehman Qocayev təqdim ediblər.