İdman: Daim Zirvələrdə
İdman

İdman: Daim Zirvələrdə

Güləş üzrə yarışlara yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı İdman Sarayında keçirilən yarışın son günündə yunan-Roma güləşi üzrə son 7 çəkidə (67, 72, 77, 82, 87, 97, 130) qaliblər müəyyənləşib. Seymur Qasımov, Ruslan Nurullayev (Cəlilabad), Xasay Həsənli, Tuncay Vəzirzadə, İslam Abbasov, Murad Əhmədiyev, Beka Kandelaki birinci yeri tutublar.

Boksçularımız turnirdə 22 medal qazanıblar

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub. Bakı Boks Mərkəzində keçirilən yarışda Azərbaycan milli komandası ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı yığmalarının və Litvanın "Royal" klubunun 97 idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Azərbaycan millisi turniri 22 medalla başa vurub. Komandanın heyətində Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Tağı Nəsibov, Məhəmmədəli Qasımzadə və Abbasqulu Şadlinski çempion tituluna yiyələniblər. Məhəmmədəli Aşurəliyev, Mircəlal Mirağayev, Ruslan Qəhrəmanov və Orxan Ağayev ikinci yerlə kifayətləniblər. Digər boksçulardan Ayaz Tağızadə, Sabir Dadaşov, Ömər Aslanlı, Tofiq Zairov, Mehrab Abbasov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Fuad Babayev, Şamil Nəcəfov, Şahin Dadaşov, Rza Novruzov, Kənan Nəcəfov və Həsən Sadıqzadə isə bürünc mükafat qazanıblar. Beləliklə, Azərbaycan yığması turniri 5 qızıl, 4 gümüş və 13 bürünc medalla bitirib. Millimiz bu nəticə ilə komanda hesabında birinci olub və Abbas Ağalarov kubokuna yiyələnib. İkinci pilləni Qazaxıstan (4-5-7), üçüncü yeri Tacikistan (2-1-1) tutub.

Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 24-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək. 5 gün davam edəcək yarışlar Bakı İdman Sarayında keçiriləcək. Əvvəlcə dayanq üzərinə yeniyetmə idmançılar çıxacaqlar. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək. 2023-cü ilə dekabrın 28-də böyüklər və parataekvondoçular arasında ölkə çempionatı ilə yekun vurulacaq. Döyüşlər hər gün saat 09:00-da başlayacaq. Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun olaraq, çəki ilə deyil, boy ölçülərinə görə (148 santimetrdən 180 santimetrədək) müəyyənləşəcəklər. Gənclər 20, (oğlanlar 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 kiloqramda, qızlar 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 kiloqramda), böyüklər isə 16 çəki dərəcəsində (kişilər 54, 58, 63, 68, 74, 80, 87,+87 kiloqramda, qadınlar 46, 49, 53, 57, 62, 67, 73,+73 kiloqramda) mübarizə aparacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".