Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi
İdman

Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi

Kürdəmir rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinə start verilib. Kürdəmir rayonunun Olimpiya İdman Kompleksində  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi müzakirə olunub, layihənin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib. Tədbirdə Kürdəmir rayonundan Milli Məclisinin deputatı Əminə Ağazadə, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, millət vəkili Rauf Əliyev, millət vəkili Arzu Nağıyev, şəhid övladları, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, rayon Təhsil Şöbəsinin müdiri Rafail Məmmədov, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin kollektivi,  idman müəllimləri və idmançılar iştirak ediblər.

Layihənin əsas məqsədi rayon və kəndlərdə futbola marağı artırmaq və idmanın kütləviliyinə nail olmaqdır.
Tədbirdə rayonun futbol ilə məşğul olan 50 idmançısına, o cümlədən  şəhid övladlarına idman geyimləri və futbol topları hədiyyə edilib.

Tofiq HÜSEYN,

“Respublika”.