Zemfira Meftaxetdinova:
İdman

Zemfira Meftaxetdinova: "Festivalın təsis edilməsi həm də bölgələrdəki valideynlərin qızlarının idmana cəlb olunması istiqamətində maraqlarını artırır"

"Dünyada qadın idmanına çox böyük maraq var. Artıq qadınlar idmanda daha çox iştirak edirlər. Beynəlxalq Olimpiya Komitəsinin şərtlərindən biri də budur ki, idmançıların ən azı 50 faizi qadın olsun”.

"Respublika" xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyətinin mətbuat konfransında MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova deyib.

O, ikinci festivalın birincidən daha maraqlı alınacağına inandığını bildirib: “Təbliğat aparmaq da bu məsələdə vacibdir. Federasiyalardan bu barədə xahiş etmişəm”.

Zemfira Meftahətdinova əlavə edib ki, bu festival gənclərin idmana marağının artmasına da kömək olur: “Filmlərin əhəmiyyəti həm də ona görə böyükdür ki, bölgələrdəki valideynlərin qızlarının idmana cəlb olunması istiqamətində maraqlarını artırır”.