Voleybol üzrə Yüksək Liqada XVII turun proqramı müəyyənləşib
İdman

Voleybol üzrə Yüksək Liqada XVII turun proqramı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.

"Respublika" xəbər verir ki, Yüksək Liqada XVII turun qarşılaşmaları martın 12-13-də baş tutacaq.

Martın 12-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” üz-üzə gələcəklər. Bu görüş saat 15:00-da start götürəcək. Ardınca “Azərreyl” və “Gəncə” qarşılaşması olacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Tura martın 13-də UNEC - “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.