Kişi və qadın boksçulardan ibarət Azərbaycan yığmaları Rusiyaya yollanıblar
İdman

Kişi və qadın boksçulardan ibarət Azərbaycan yığmaları Rusiyaya yollanıblar

İyirmi iki yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları Rusiyaya yollanıblar.

Azərbaycan Boks Federasiyasından "Respublika"ya verilən məlumata görə, yığmalar 21- 25 sentyabrda Anapada Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılacaq.

Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Rusiyada ölkəmizi Tural Sarıyev (48 kiloqram), Həsən Məlikov (51 kiloqram), Nicat Hüseynov (54 kiloqram), Əzrək Bəbirov (57 kiloqram), Maqsud Xasmetov (60 kiloqram), Cəlal Qurbanov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram), Rəşid Həsənov (71 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Rəşid Məmmədov (86 kiloqram) təmsil edəcəklər.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) və Lalə Namazlını (63 kiloqram) sınayacaq.

Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edəcək.

Bu gün Anapaya yollanan yığmalar sentyabrın 26-da Bakıya qayıdacaqlar.

Qeyd edək ki, yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.