6 ayın sosial göstəriciləri
Sosial həyat

6 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 6 faiz və ya 197 mln. manat çox olmaqla 3 mlrd. 271 mln. manat təşkil edib.

“Respublika” xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Məlumata görə,fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyun aylarında proqnoza nisbətən 8 faiz və ya 198 mln. manat artaraq 2 mlrd. 531 mln. manat olub. Son 6 ayda DSMF-nin xərcləri 3 mlrd. 9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 mln. manat çoxdur.

“Respublika”