ABŞ-da qızmar isti avtomobili əritdi
Dünya xəbərləri

ABŞ-da qızmar isti avtomobili əritdi

ABŞ-ın Arizona ştatında dəhşətli istilər müşahidə olunur.

"Respublika" xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.

Məlumata görə, bölgədə havanın temperaturu müsbət 50 dərəcəyə qədər qalxıb.

Qızmar günəş şüaları avtomobillərin bəzi hissələrini əridib. Bununla bağlı, sosial şəbəkələrdə də görüntülər yayılıb.

Nəzrin ELDARQIZI,

"Respublika".