ABŞ-nin Azərbaycana yeni səfir təyinatının yekunlaşacağı gözlənilir
Digər xəbərlər

ABŞ-nin Azərbaycana yeni səfir təyinatının yekunlaşacağı gözlənilir

İyunun 13- Birləşmiş Ştatlar Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçirilib, Mark Libbinin ölkəmizə diplomatik nümayəndə kimi göndərilməsi müzakirə olunub. ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Mark Libbi Senatda dinləmələr zamanı deyib ki, əgər bu posta namizədliyi təsdiqlənərsə, ABŞ-nin Azərbaycan Ermənistan arasında ədalətli dayanıqlı sülh sazişinin əldə olunmasına yardım etmək səylərini dəstəkləyəcək:

"Sülh sazişi bizə Azərbaycanla münasibətlərimizdə uğurlu əməkdaşlığı növbəti səviyyəyə qaldırmağa imkan verəcək. Azərbaycanla terrorla mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığımız ABŞ-nin milli maraqlarına təhlükəsizliyinə xidmət edir. Əgər mən bu posta təsdiqlənsəm, bu sahələrdə səylərimizi ikiqat artıracağam".

Mark Libbinin regionda sülhü dəstəkləyəcək açıqlamaları isə onun namizədliyinin təsdiqlənməsi üçün kifayət etməyib. Ümumiyyətlə, demək olar bir ildir ki, Libbinin namizədliyinin təsdiqi Senatın Xarici İşlər Komitəsində təxirə salınır. Belə ki, 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb. 2022-ci il mayın 25- Co Bayden Mark Libbinin Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürsə , bu il yanvar ayının 3- təklif Bayden administrasiyasına geri qaytarılıb. Proses olduqca maraq doğursa da, rəsmi Bakı üçün təəccüblü olmayıb. Çünki ənənəvi olaraq bu ölkənin Azərbaycana göndərdiyi diplomatların səlahiyyət müddəti başa çatanda bir növ səfir böhranı yaşanır. Əvvəlki səfirlər Rino Harniş, xanım Enn Dörsi, Metyu Brayza, eləcə Robert Sekutanın təyinatı məsələsində yubanmalar olmuşdu. Hətta bəzən bu ləngimələr illərlə davam edib. Məsələn, 2009-cu ilin yanvarında səfir Enn Dörsinin səlahiyyət müddəti başa çatdıqdan 3 il sonra Riçar Morninqstarın təyinatı təsdiqlənib. Bu müddət ərzində Prezident Barak Obama Metyu Brayzanı Senatın icazəsi olmadan təyin etsə , hökumət orqanı onun müddətinin uzadılmasına icazə verməyib. Senatorlar məhz Azərbaycan Türkiyə ilə yaxın əlaqələri olduğu üçün Brayzanın səfir təyin edilməsinə razılıq verməyiblər.

Amma Birləşmiş Ştatların digər ölkələrdə yürütdüyü siyasətə nəzər salsaq, görərik ki, bu münasibət heç hər kəsə şamil edilmir. Məsələn, 2022-ci ilin iyun ayının 22- Bayden Kristin Kvinin Ermənistana səfir təyin olunmasını təklif edib, 6 ay keçməmiş Senat onun namizədliyinə razılıq verib bu ilin fevral ayında xanım Kvin etimadnaməsini Ermənistan prezidentinə təqdim edib. Bayden administrasiyasının Rusiyaya sonuncu səfir təyinatı prosesi isə cəmi 3 ay çəkib. Lin Treysi Rusiyadakı səfir postuna sentyabrın 20- namizəd kimi göstərilib, dekabrın 21- Senat onun səfir təyinatına razılıq verib. Azərbaycana gəlincə isə proses 11 aydır gecikdirilir.

Səfir təyinatının gecikməsində isə başlıca olaraq ermənipərəst qüvvələrin rolu var. Çünki səfirlər barədə qərar komitələrdən keçməlidir. ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri Menendesin birbaşa olaraq Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi isə danılmaz faktdır. Bu da ABŞ Senatında ermənipərəst meyillərin prosesə təsir etməsi versiyasını aktuallaşdırır.

Bununla belə, analoji hadisə ilə bağlı yeganə ssenari bu prosesdə ermənilərin iştirakı ilə bağlı deyil. Digər versiyaya görə, ABŞ-nin hansısa ölkəyə səfir göndərməsi müəyyən prosedurlardan sonra həyata keçirilir. Namizədlər seçiləndə hərtərəfli araşdırılır göndəriləcək dövlətə hansı formada, necə işləyəcəyi öyrənilir. Bu baxımdan da səfirin gec təyinatı Azərbaycan-ABŞ əlaqələrində müəyyənedici faktor rolunu oynamır. Çünki hazırda hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır. Xüsusilə düşünsək ki, Prezident Co Bayden İlham Əliyevə özəl günlərdə mesajlar göndərir, o zaman deyə bilərik ki, proses Birləşmiş Ştatların uğurlu təyinat üçün çalışdığına işarə edir.

Təyinatın ləngiməsinin səbəbləri ilə bağlı fikir ayrılıqları olsa da, yekdil rəy bundan ibarətdir ki, qeyri-müəyyən vəziyyət uzun müddət davam etməyəcək. Hazırda deputatlar Səməd Seyidov, Asim Mollazadə, Nigar Arpadarai Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda səfərdədirlər. Azərbaycan parlament nümayəndələri Vaşinqtonda bir sıra görüşlər keçirəcəklər. Bu təmasların paralelində baş tutan səfir təyinatı ilə bağlı dinləmələrin nəticə verəcəyi gözlənilir.

Jalə QASIMZADƏ,

"Respublika".