ABŞ səfiri: Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini artırıb
Digər xəbərlər

ABŞ səfiri: Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini artırıb

ABŞ və Azərbaycan əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcək.

"Respublika" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

“Mən bir amerikalı kimi Cənub Qaz Dəhlizi (SGC), Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Azərbaycanla birlikdə gördüyümüz işlərlə fəxr edirəm. Bunlar Avropanın enerji təhlükəsizliyini artıran, Azərbaycanda rifahın və təhlükəsizliyin artmasına töhfə verən layihələrdir”, - səfir qeyd edib.

Diplomat əlavə edib ki, Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var: “İndi isə biz bərpa olunan enerji mənbələrinə diqqət yetiririk”.