Ağdam şəhərində inzibati binanın təməli qoyulub
Siyasət

Ağdam şəhərində inzibati binanın təməli qoyulub

Mayın 2- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına birinci xanıma layihə barədə məlumat verildi.

Bildirildi ki, zirzəmi beş mərtəbədən ibarət olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın birinci mərtəbəsində rayon statistika idarəsi, Ekologiya Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət şöbəsi, Məşğulluq Mərkəzi (DOST mərkəzi), Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı arxiv olacaq.

İkinci mərtəbədə 7 iclas otağı, 8 açıq ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı, iki hissəyə bölünə bilən ziyafət zalı yaradılacaq. Dördüncü beşinci mərtəbələrdə ofislər, görüş, iclas digər otaqlar olacaq.

İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park şəhər meydanının da tikintisi nəzərdə tutulub.

Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.

AZƏRTAC