Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib
CƏMİYYƏT

Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib

Aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.