Ailə dəyərləri daim qorunmalıdır
Sosial həyat

Ailə dəyərləri daim qorunmalıdır

Ölkəmizdə saysız-hesabsız xoş ənənələr arasında ailə dəyərləri də özünə möhkəm yer tutub. Cəbrayıl rayon X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində “Gənclər arasında ailə dəyərlərinin təbliği”, “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkşafı”, “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzularında keçirilən tədbir məhz ailə dəyərlərinin qorunmasına həsr olunmuşdu.

Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Bayramov bildirdi ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə dəyərləri hər bir azərbaycanlı üçün müqəddəsdir. Gənclər bu ənənəni davam etdirməlidir. Müasir dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə, istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır.

Məktəbin təcrübəli nmüəllimləri 44 günlük Vətən müharibəsində yağı düşmənlə ölüm-dirim savaşına qalxan igid övladlarımıza öz ailələri tərəfindən müntəzəm olaraq verilən dəstək barədə misallar gətirib həyat alınan faktları səsləndirdilər.

Tədbirin sonunda şagirdlər mövzu ərtafında öz fikirlərini bildirdilər.

Tofiq Hüseyn,

“Respublika”.