Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
Elm və təhsil

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən "Respublika"ya bildirilib ki, avqustun 28-i saat 09:00-a olan məlumata görə, I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib. 1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.