Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
Elm və təhsil

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftənin sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Bu barədə "Respublika" Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.