Amerikalı jurnalistlər Şuşada olublar
CƏMİYYƏT

Amerikalı jurnalistlər Şuşada olublar

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalist və media eksperti ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.

"Respublika" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, amerikalı qonaqlara Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtmaları, hazırda aparılan yenidənqurma, həmçinin abadlıq işləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib.