ANAMA: Ötən ay 305 mina aşkarlanaraq zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən ay 305 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə bütün qurumlar tərəfindən icra edilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, iyunun 1-dən 30-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 63 mina, tank əleyhinə 242 mina və 552 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 2 min 979,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.