Aprelin 11-də Azərbaycanda COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Aprelin 11-də Azərbaycanda COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 56 yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 755 nəfər müalicə olunaraq sağalıb, 10 min 198 nəfər vəfat edib. Aktiv xəstə sayı 470 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1463, indiyə qədər isə ümumilikdə 7 milyon 570 min 522 test icra olunub.                                                          

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 204 doza vaksin vurulub

Aprelin 11- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 204 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 146, ikinci doza vaksinlərin sayı 25, üç daha çox doza vaksinlərin sayı 27, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 6-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 957 min 633, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 42, ikinci mərhələ üzrə 4 milyon 880 min 231, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 326, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 34-dür.