Aprelin 12-də Azərbaycanda COVID-19 əleyhinə 9 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 12-də Azərbaycanda COVID-19 əleyhinə 9 min dozadan çox vaksin vurulub

Aprelin 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 9 min 660 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 709, ikinci doza vaksinlərin sayı - 856, üç və daha çox doza vaksinlərin sayı - 7 min 547, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 548-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 558 min 968, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 331 min 706, ikinci mərhələ üzrə 4 milyon 833 min 723, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 159 min 255, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 234 min 284-dür.

AZƏRTAC