“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 964-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1392) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.1-ci yarımbənddən birinci və ikinci hallarda “(hər iki halda)” və “10.4-cü maddəsində” sözləri çıxarılsın.

2. 3.1.5-ci yarımbənddən “(birinci halda)” sözləri çıxarılsın.

3. 3.1.6-cı yarımbənd ləğv edilsin.

4. 3.1.7-ci yarımbənddən “(ikinci halda)” sözləri çıxarılsın.

5. 3.3-cü bəndin birinci cümləsində “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 iyul 2023-cü il.