Ata qazi, oğul şəhid
Region

Ata qazi, oğul şəhid

Birinci İkinci Qarabağ müharibəsində Ağdam rayonunda demək olar ki, hər üç ailədən birinin qapısı şəhid alovu ilə qarsalanıb. Bu şəhidlər bayrağımızı, qürurumuzu, şərəfimizi ucaltdılar, torpaqlarımızı düşmən tapdağından azad etdilər.

Şəhid ailələrinə, onların övladlarına, qazilərə baş çəkmək, onlara təsəlli vermək, gücümüz çatan qədər kömək etmək hər birimizin boynunun borcudur. Torpaqlarımızın işğaldan azad olunması ərazi bütövlüyünün bərpa edilməsi naminə aparılmış Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq fədakarlıq nümayiş etdirib. Belə gənclərdən biri Göyüşovlar ailəsində böyüyüb, tərbiyə alıb, vətənpərvər ruhu ilə seçilib. Haqqında söz açdığımız Sərvan Mehman oğlu Göyüşov 1997-ci il fevralın 28- Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 2014- ildə rayon 2 nömrəli köçkün tam orta məktəbini bitirib. Sərvan ali hərbi məktəbdə oxumaq istədiyini valideynlərinə bildirib. Atası Birinci Qarabağ müharibəsi veteranı, qazi Mehman Göyüşov oğlunun bu arzusunu çox bəyənib. Sərvan atasına bildirib ki, Birinci Qarabağ müharibəsində şəhid olan əmimin, qazi atamın qisasını düşməndən alacağam. Gənc vətənpərvər 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı Sərvan Göyüşov 2020-ci il sentyabrın 27- silahlı qüvvələrimizin əks-hücum əməliyyatları zamanı ilk gündən döyüşlərə atılıb. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağır döyüşlər zamanı igid oğullarımız düşmənə sarsıdıcı zərbələr vurublar, ermənilərin nəzarətində olan yüksəkliklərin azad edilməsi üçün əsl fədakarlıq nümayiş etdiriblər. Leytenant Sərvan Göyüşov 2020-ci il sentyabrın 27- Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla həlak olub. Cəsur leytenantın nəşi Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə şəhid leytenant "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Quzanlı qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidi Sərvan Göyüşovun valideynləri ilə görüş keçirilib. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq Ailələrə Dəstək Mərkəzi rayon qadınlar şurasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə qəsəbə sakinləri, gənc ailələr, uşaq bağçasının kollektivi gənclər iştirak ediblər. Görüşdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Şəhidin atası Qarabağ müharibəsi veteranı qazisi Mehman Göyüşov Qarabağ savaşında igidliklə vuruşub şəhid olmasından, Birinci Qarabağ müharibəsindən, zabit oğlunun şərəfli həyat yolundan fəxrlə danışıb, xatirələrini bölüşüb. Sərvan Göyüşovun ev-muzeyi ilə tanış olan görüş iştirakçıları şəhidin həyat yolundan bəhs edən sənədli filmə baxıblar. Ağdam Uşaq Ailələrə Dəstək Mərkəzi tərəfindən şəhidin ev-muzeyinə xalça hədiyyə olunub.

Salman ALIOĞLU,

"Respublika".