Voleybol üzrə millimiz bu gün Almaniya ilə qarşılaşacaq
İdman

Voleybol üzrə millimiz bu gün Almaniya ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

"Respublika" xəbər verir ki, Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ikinci oyununda ev sahibi Almaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Millimiz qrupdakı ilk görüşündə Çexiya yığmasını böyük hesabla məğlub edib – 3:0.

C qrupunun digər matçında İsveç və Yunanıstan seçmələri üz-üzə gələcəklər.

Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.