Avropa İttifaqı Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verdi
Siyasət

Avropa İttifaqı Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verdi

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə -nin müdaxiləsini xahiş etmişdi.

Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqı bu müraciətlərə rəsmi cavab verib. Cavabında Avropa İttifaqı bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiqləyir bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.

Beynəlxalq aləmdə böyük çəkiyə malik olan Avropa İttifaqı Ermənistan Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında, regionda sülhün sabitliyin təşviqində mühüm rol oynayır.

"Biz hesab edirik ki, Avropa İttifaqının azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində mühüm addımdır. Fikrimizcə, bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların çətin vəziyyətinin həll edilməsinə olan təcili ehtiyacının beynəlxalq səviyyədə artan etirafını ifadə edir. Bu, həm Qərbi Azərbaycan İcmasının bu aktual humanitar problemin ədalətli davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Qərbi Azərbaycan İcması bu istiqamətdə Avropa İttifaqı ilə gələcək dialoq praktiki əməkdaşlığı səbirsizliklə gözləyir. İcma azərbaycanlıların öz evlərinə təhlükəsiz ləyaqətlə qayıtmasını təmin etmək, beləliklə, beynəlxalq hüququn norma prinsiplərinə uyğun olaraq regionda barışıq, sabitlik birgəyaşayışı təşviq etmək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə sadiq qalır", - deyə İcmanın məlumatında vurğulanıb.