Aya enişetmə yarışı alovlanır
Gündəm

Aya enişetmə yarışı alovlanır

Dünyanın yeganə təbii peyki olan Aya çatmaq üçün edilən cəhdlər yenidən alovlanıb. Dörd ölkədən sonra yarışa qatılan ölkələr sırasına Yaponiya da əlavə olunub.

Aya uğurla eniş edən cəmi dörd ölkə var. Bunlar ABŞ, Rusiya, Çin və Hindistandır.

"Respublika" "En Son Haber"-ə istinadən xəbər verir ki, sözügedən yarışda iştirak edən sonuncu ölkə Yaponiya olub.

Asiya ölkəsi kritik bir buraxılış həyata keçirib. Yaponiya Kosmik Agentliyinin (JAXA) məlumatına görə, sözügedən vasitə buraxıldıqdan sonra 3-4 ay ərzində Ay orbitinə çıxmayacaq və çox güman ki, gələn ilin əvvəlində eniş etməyə cəhd edəcək.

Eniş aparatı buraxılışdan təxminən 45 dəqiqə sonra raketdən uğurla ayrılıb.

Nurcan SÜLEYMANOVA

"Respublika"