Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasındadır
İQTİSADİYYAT

Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasındadır

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsi 207, 2 milyon dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın ən böyük xarici ticarət tərəfdaşları arasında dördüncü yerdədir.

"Respublika" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında yer verilib.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə olub. Cari ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi 471,8 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 16 faizi deməkdir.

2024-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasında Rusiya 410,6 milyon dollarla ikinci, Çin 221,7 milyon dollarla üçün yerdə qərarlaşıb.

Gürcüstanın ilk on ticarət tərəfdaşına, həmçinin Almaniya, Qırğızıstan, Ermənistan, Qazaxıstan və İtaliya daxildir.