ULU ÖNDƏRİN DAVAMLI İQTİSADİ İNKİŞAF STRATEGİYASI
İQTİSADİYYAT

ULU ÖNDƏRİN DAVAMLI İQTİSADİ İNKİŞAF STRATEGİYASI

Zamanın fövqündə dayanan şəxsiyyətlər nəzəri irsi, zəngin ideyaları ilə daim doğma xalqının tale, inkişaf yolunu mayak kimi işıqlandırır. Elə şəxsiyyətlər var ki, şərqlidirlər, onları ancaq şərqlilər sevir. Elə şəxsiyyətlər var ki, qərblidirlər, onları ancaq qərblilər sevir. Xalqımızın böyük oğlu, dünyaşöhrətli dahi şəxsiyyət Heydər Əliyevi isə həm şərqlilər, həm qərblilər sevir. "Siz xoşbəxt xalqsınız ki, Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetirmisiniz" kəlamı dəfələrlə dünyanın ən məşhur dövlət xadimlərinin, siyasətçilərinin dilində səslənib.

Heydər Əliyev dünyanın ən qüdrətli tarixi simaları sırasında yüksəlmiş nadir şəxsiyyət, dünyanın azərbaycanlı dahisidir. Xalqımızın ümummilli lideri olan bu müdrik, görkəmli dövlət xadimi bütün ömrünü Azərbaycan xalqının xoşbəxtliyinə, ölkəmizin dövlətimizin inkişafına, tərəqqisinə həsr etmişdir. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə titanik fəaliyyəti, nəhəng quruculuq işləri ilə adını çağdaş tariximizə qızıl hərflərlə yazmışdır.

Ötən əsrin 60- illərində respublika iqtisadiyyatının dərin böhran keçirdiyi yaxşı məlumdur. Azərbaycan iqtisadi cəhətdən keçmiş ittifaqda axırıncı yerlərdən birini tuturdu. 1969-cu ilin iyul ayında ümummilli liderin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə dönüş mərhələsinin təməli qoyuldu. Respublikamızın dinamik inkişafı üçün kompleks tədbirlər hazırlanıb həyata keçirildi. Sənaye kənd təsərrüfatı məhsullarının istehsalı sürətlə artdı.

Paytaxt Bakıda respublikamızın şəhərlərində, rayon mərkəzlərində çoxlu zavod, fabrik, istehsal müəssisələri tikilib istifadəyə verildi. Ölkəmizdə buraxılan 350 adda yüksəkkeyfiyyətli məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Ümumittifaq əmək bölgüsündə xarici iqtisadi əlaqələrdə respublikamızın payı əhəmiyyətli dərəcədə artırdı.

Ulu öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan keçmiş SSRİ- ən geridə qalmış aqrar respublikadan inkişaf etmiş, qabaqcıl sənaye-aqrar respublikaya çevrildi. Müdrik rəhbər hələ sovetlər birliyi dönəmində ölkəmizin gələcək müstəqilliyinin, suverenliyinin, iqtisadi, mədəni yüksəlişinin təməlini qoydu.

Müstəqilliyə gedən yolumuz isə heç asan hamar olmadı. 1990- illərin əvvəllərində vəziyyət gündən-günə pisləşir, ölkə sonu görünməyən uçuruma doğru gedirdi. Azərbaycanın başı üstünü müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi almışdı.

1993- ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizin yeni dövrü başlandı. İlk növbədə hakimiyyət boşluğu aradan qaldırıldı, bəzi bölgələrdə baş qaldırmış separatçı qüvvələr, silahlı dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı. İnsanlar azad, sərbəst, rahat yaşamağa başladılar. Ulu öndər xalqımızın əsrlər boyu gözlədiyi müstəqil dövlətçilik arzusunu reallaşdırdı.

Müdrik rəhbərin təşəbbüsü ilə iqtisadiyyatın bütün sahələrində uğurlu islahatlar aparıldı. Bu islahatların qayəsini makromaliyyə makroiqtisadi sabitliyin təmin edilməsi, işsizlik probleminin həlli, xalqın rifah halının yüksəldilməsi təşkil edirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadi idarəetmənin təkmilləşdirilməsi, sahə idarəçiliyindən tədricən funksional idarəçiliyə keçidin təmin olunması, büdcə, vergi, pul-kredit digər sahələrdə həyata keçirilən radikal islahatlar nəticəsində ümumdaxili məhsul istehsalı sürətlə artır, iqtisadiyyatın dinamik inkişafı təmin olunurdu. "Əsrin kontraktı" işə düşəndən sonra bazar iqtisadiyyatı şəraitində sosial istehsal infrastrukturunun formalaşmasına əsaslı zəmin yarandı. Azərbaycana xarici investorların cəlb edilməsi, ölkənin dünya iqtisadiyyatına inteqrasiyası ulu öndərin təşəbbüsü rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatların məntiqi nəticəsi idi. 1993-2003- illərdə iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə olundu. Bununla yanaşı, qazanılan uğurlar Azərbaycanı dünyada dinamik inkişaf edən bir ölkəyə çevirmək üçün yeni tarixi mərhələdə çox mühüm vəzifələrin həyata keçirilməsini zəruri etdi.

Ümummilli liderin siyasi kursunu yüksək işgüzarlıqla, yaradıcılıqla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2003- ildə müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlətimizin başçısı ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xüsusi önəm verərək demişdir: "Məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil olan Azərbaycan dövləti yaratmaqdır".

Dövlət başçısının ilk fərmanı da respublikamızın sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri ilə bağlı olmuşdur. Möhtərəm Prezidentimizin 24 noyabr 2003- il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında inkişaf proseslərinin sürətləndirilməsi yolları konseptual əsaslarla göstərilmişdir.

Azərbaycan Prezidentinin 11 fevral 2004- il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" regionların davamlı inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, güzəranının rifah halının daha da yaxşılaşdırılması üçün geniş imkanlar açdı.

Hazırda ölkəmizdə 4- Dövlət Proqramı icra olunur. Azərbaycanın bütün regionları sosial-iqtisadi baxımından dinamik inkişaf edir. Bölgələrin mövcud potensialından səmərəli istifadə etməklə sənaye, kənd təsərrüfatı digər sahələrdə yeni yerləri yaradılır, əhalinin məşğulluğu təmin olunur. Torpaq daşınmaz əmlak sahibinə çevrilən kənd əməkçilərinin rifah halı getdikcə yaxşılaşır, yoxsulluğun səviyyəsi aşağı düşür, regionlarda iqtisadi sabitlik möhkəmlənir.

Müasir dövrün tələblərinə uyğun həyata keçirilən iqtisadi islahatlar Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini, ölkəmizi parlaq, işıqlı gələcəyə inamla apardığını əyani təsdiqləyir.

Vasif HƏSƏNOV,

Astara Rayon Statistika İdarəsinin rəisi.