Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Mədəniyyət naziri Adil Kərimli dekabrın 26-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

"Respublika" xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

 Görüş zamanı ikitərəfli münasibətlərin və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsindən məmnunluq ifadə edilib, əlamətdar il ərzində təşkil olunacaq tədbirlər barədə söhbət açılıb.

Nazir Səudiyyə Ərəbistanının “Bakı prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, həmişə olduğu kimi, yenə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.