Azərbaycan Prokurorluğunun yubilyar veteranları təltif olunub
Digər xəbərlər

Azərbaycan Prokurorluğunun yubilyar veteranları təltif olunub

Yubilyar veteranlar - İsmayıl Kazımov 75 Sultan Əliyev isə 85 yaşının tamam olması münasibətilə Baş prokurorun imzaladığı əmrlə "Azərbaycan Prokurorluğunun 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tədbirdə iştirak edən İsmayıl Kazımova Baş prokuror Kamran Əliyev tərəfindən yubiley medalı hədiyyə təqdim olunub.

İsmayıl Kazımov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Bundan başqa, Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fərrux Babayev qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilərək fəxri fərmanla təltif olunub.

Görüşlərdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib sonda xatirə şəkilləri çəkdiriblər.

Ülvi QARAYEV,

"Respublika".