İraqda avtomobil qəzasında 16 nəfər ölüb
Digər xəbərlər

İraqda avtomobil qəzasında 16 nəfər ölüb

İraqın Səlahəddin əyaləti yaxınlığında Ərbəin mərasimlərində iştirak etmək üçün Kərbəlaya gələn iranlı ziyarətçiləri daşıyan mikroavtobus qarşı tərəfdən gələn avtomobillə toqquşub.

“Respublika” “En son haber”ə istinadən xəbər verir ki, Düceyıl mahalını Beledə birləşdirən yolda baş verən dəhşətli qəzada 16 nəfərin həyatını itirdiyi, 13 nəfərin yaralandığı açıqlanıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.