Azərbaycan qadın millisi FIFA reytinqində iki pillə irəliləyib
İdman

Azərbaycan qadın millisi FIFA reytinqində iki pillə irəliləyib

FIFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

"Respublika" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının siyahıdakı mövqeyində dəyişiklik olub. Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv 1305.48 xalla iki pillə irəliləyək 76-cı sıraya yüksəlib.

Qeyd edək ki, UEFA Mİllətlər Liqasının C Divizionunda Kipr, Monteneqro və Farer adaları birlikdə eyni qrupda mübarizə aparan yığma 5 qələbə və 1 heç-heçə ilə B Liqasına vəsiqə qazanıb.