Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib
İdman

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.

“Respublika” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə”ylə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb.

Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/1995 və 2008/2009-cu illər mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin təkrar qeydə alındığı yarımfinaldır. 2021/2022-ci illər mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.