Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti aşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçün MÜSABİQƏ ELAN EDİR
Reklam və elanlar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti aşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçün MÜSABİQƏ ELAN EDİR

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası - dosent - 1 yer

Qida mühəndisliyi və ekspertiza kafedrası - dosent - 1 yer

Maşın mühəndisliyi və logistika kafedrası - baş müəllim - 1 yer

Ətraf mühitin mühafizəsi kafedrası - baş müəllim - 1 yer

İqtisadiyyat kafedrası - baş müəllim - 1 yer

İdarəetmə kafedrası - baş müəllim - 1 yer

Kompüter mühəndisliyi və telekommunikasiya kafedrası - baş müəllim - 2 yer

Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli "Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103.

Əlaqə telefonu: 022-257-56-29

REKTORLUQ.