Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 905; 2016, № 9, maddə 1470; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2282 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə “Təşkilatı” sözündən sonra (bundan sonra – “Aqrarkredit” QSC) sözləri əlavə edilsin.

2. 3-cü hissədə “İstiqrazlar” sözü “Bu Şərtlərin 10-cu hissəsi nəzərə alınmaqla, istiqrazlar” sözləri ilə əvəz edilsin.

3. 4-cü hissənin ikinci cümləsinə “şərtilə” sözündən sonra “bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda,” sözləri əlavə edilsin.

4. 5-ci hissəyə “bu ödənişlər” sözlərindən əvvəl “bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda,” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. İstiqrazların bu Şərtlərin 3 – 5-ci hissələrində nəzərdə tutulan tədavül və ödənilmə müddətləri “Aqrarkredit” QSC tərəfindən istiqraz mülkiyyətçiləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 oktyabr 2023-cü il.