Azərbaycan Respublikası Prezidentinin “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli,“Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 534 nömrəli və “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdiri
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli,“Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 534 nömrəli və “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdiri

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546; 2019, № 5, maddə 816; 2020, № 6, maddələr 684, 693) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə Agentliyə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə real vaxt rejimində elektron qaydada məlumat verilməsi təmin edilir.”;

1.2. 2.3-cü bənd ləğv edilsin;

1.3. 2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.10. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik Məcəllənin 92-ci maddəsində müəyyənləşdirilmiş qaydada qərar qəbul edir.”;

1.4. 2.11.1-ci yarımbənddə “icazənin surəti” sözləri “icazə” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 539; 2017, № 4, maddə 547; 2018, № 7 (I kitab), maddə 1462, № 11, maddə 2240; 2019, № 5, maddə 825; 2021, № 1, maddə 36; 2023, № 3, maddə 377) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2-ci və 3.1.2-ci yarımbəndlərə “obyektinin” sözündən sonra “, habelə bitişik və ya qonşu obyektlərin” sözləri əlavə edilsin;

2.2. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə;”;

2.3. 3.1.4-cü yarımbənddə “1 (bir) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 540; 2017, № 4, maddə 548; 2018, № 11, maddə 2240; 2020, № 6, maddə 692) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.2-ci yarımbəndə və 4.1-ci bəndə “alınmadan” sözündən sonra “, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan” sözləri əlavə olunsun, həmin yarımbənddə və bənddə “1 (bir) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin;

3.2. 2.1.3-cü yarımbəndə “obyektinin” sözündən sonra “, habelə bitişik və ya qonşu obyektlərin” sözləri əlavə olunsun və həmin yarımbənddə “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin;

3.3. 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərdə “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2617; 2019, № 10, maddə 1581; 2020, № 2, maddə 87, № 12, maddə 1405; 2022, № 8, maddə 846; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 2170 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. Bu Qaydada tikintiyə və tikinti obyektinin istismarına icazə icraatları üzrə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

4.2. 2-ci hissə üzrə:

4.2.1. 2.2-ci bəndə “uyğun” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin;

4.2.2. 2.5-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hazırlanmış tikinti layihəsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rəsmiləşdirilir.”;

4.3. 3-cü hissə üzrə:

4.3.1. 3.1-ci bəndin birinci cümləsindən “və ya yazılı” sözləri çıxarılsın;

4.3.2. 3.2.1-ci yarımbənddə “sənədin surəti” sözləri “sənəd” sözü ilə əvəz edilsin;

4.3.3. 3.2.2-ci yarımbənddən “kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə)” sözləri çıxarılsın;

4.3.4. 3.2.3-cü yarımbənddə “çıxarışın surəti” sözləri “çıxarış” sözü ilə və “sənədin surəti” sözləri “sənəd” sözü ilə əvəz edilsin;

4.3.5. 3.3-cü bəndin birinci cümləsindən “təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə” sözləri çıxarılsın;

4.3.6. 3.5.2-ci yarımbənddə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə, yaxud kiçik və orta biznes evlərinə (bundan sonra – KOB evləri)” sözləri “həmin müəssisələrə” sözləri ilə əvəz edilsin;

4.3.7. 3.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.7. Təchizat müəssisələri bu Qaydanın 3.5.2-ci yarımbəndinə uyğun olaraq, onlara müraciətin daxil olduğu gündən 10 (on) gün müddətində mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtləri tikintiyə icazə verən orqana elektron qaydada təqdim olunmasını təmin etməlidir.”;

4.3.8. 3.8-ci bənddə “verilməsi” sözü “verir” sözü ilə əvəz edilsin;

4.3.9. 3.9-cu bəndin birinci cümləsindən “kağız və ya” sözləri çıxarılsın, həmin cümlədə “icazənin surətini, habelə tikinti layihəsinin bir nüsxəsini” sözləri “tikintiyə icazəni və tikinti layihəsini” sözləri ilə əvəz edilsin və həmin bəndin dördüncü cümləsi çıxarılsın;

4.4. 5.5-ci bəndin ikinci cümləsinə “sifarişçiyə” sözündən əvvəl “elektron qaydada” sözləri əlavə edilsin;

4.5. 6.4-cü bəndin birinci cümləsində ikinci halda “verilməsi” sözü “verir” sözü ilə, ikinci cümləsində “verilir və icazə verən orqanın məsul şəxsi onu imzalayır və möhürlə təsdiqləyir” sözləri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rəsmiləşdirilir” sözləri ilə əvəz edilsin;

4.6. 7.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.1. Yeni tikinti obyektinin inşasını (o cümlədən mövcud tikinti obyekti sökülərək yeni binanın inşasını) nəzərdə tutan tikintiyə icazənin verildiyi gün bu icazəni vermiş orqan obyektin tikintisinə icazəni, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini və tikinti obyektinin sifarişçisi barədə məlumatları, tikintisinə icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gün isə tikinti obyektinin istismarına icazəni daşınmaz əmlakın dövlət reyestrini aparan orqana elektron formada göndərir.”.

5. Bu Fərmanın 1.1-ci, 1.2-ci, 1.4-cü bəndləri və 4-cü hissəsi (bu Fərmanın 4.3.5-ci yarımbəndi istisna olmaqla) 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 iyun 2023-cü il