Azərbaycan və Türkiyə güc mərkəzidir
Türk dünyası

Azərbaycan və Türkiyə güc mərkəzidir

Bənzərsiz qardaşlıq münasibətlərində olan Azərbaycan Türkiyə arasında uğurlu əməkdaşlıq davam edir. Dünyaya demokratiya dərsi keçərək inkişafa, tərəqqiyə səs verən türk xalqı növbəti dəfə böyük siyasi lider, Türkiyənin müasir inkişafının banisi Rəcəb Tayyib Ərdoğanı prezident seçdi. Ənənəyə sadiq qalaraq iyunun 12- qardaş ölkənin rəhbəri seçkidən sonra ilk dövlət səfərini yenə məhz Azərbaycana etdi. Məncə bunun heç bir şərhi yoxdur. Bu, yalnız qardaşlıq duyğularının təcəssümüdür ki, iki ölkə arasında əlaqələrinin təməlini təşkil edir. Həm bu dövlət səfəri münasibətlərimizin ən ali mərhələdə olduğunu, dostluq əməkdaşlığımızın dönməz xarakter aldığını göstərir.

Azərbaycan Türkiyə arasındakı münasibətlər hər iki dövlətin maraqlarını xalqlarımızın mənafeyini əks etdirir. Bütün məsələlərdə, o cümlədən daxili xarici siyasətdə ölkələrimiz arasında həmrəylik dərin kök salıb, beynəlxalq müstəvidə bir-birilərinin haqlı mövqelərini müdafiə edirlər. Təbii ki, dünya dövlətləri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə yüksəlməsi dövlət başçılarının səmimi münasibətləri ilə bilavasitə bağlıdır.

Azərbaycanın Qarabağ bölgəsinə ilk səfər edən dövlət başçısı da məhz cənab Rəcəb Tayyib Ərdoğan olub. Bu, dövlətimizin müstəqillik tarixində ən əlamətdar hadisələrdən biridir. Həmçinin iki qardaş ölkə arasında tarixi sənəd olan müttəfiqlik münasibətləri haqqında bəyannamə Azərbaycanın qeyrət rəmzi, mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalandı. Yeri gəlmişkən, bu bəyannamə iki ölkə arasında olan münasibətləri yeni müstəviyə daşıyaraq, rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu müttəfiqliyi siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində görmək mümkündür.

Türkiyə Prezidentinin ölkəmizə bu dövlət səfəri əlaqələrimizi genişləndirəcək, həmrəyliyimizi möhkəmləndirəcək, bu da hər iki ölkənin dünya miqyasında təsirli güc mərkəzi rolunu artıracaq.

                              Səttar MÖHBALIYEV,

                              Azərbaycan Həmkarlar İttifaqları

                    Konfederasiyasının (AHİK) sədri,

          Milli Məclisin deputatı.