Türkiyə son 6 ayda 942 terroisti məhv etdiyini açıqlayıb
Türk dünyası

Türkiyə son 6 ayda 942 terroisti məhv etdiyini açıqlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi terror qruplaşmalarına qarşı cari ilin yanvarından bu yana keçirdiyi əməliyyatlarda 942 terroristi məhv etdiyini açıqlayıb.

“Respublika” xəbər verir ki, “Mehmetçiklər” ölkə daxilində və xaricində keçirdiyi uğurlu əməliyyatlar nəticəsində son 1 həftə ərzində 50 terroristin məhv edildiyini, cari il ərzində 942, 2015-ci ilin İyul ayından bu yana isə 38 min 285 nəfər müxtəlif qruplaşmalara mənsub terroristin öldürüldüyünü bildirib.
 
Türkiyə ordusunun əsas hucüm mərkəzi olan PKK terror qruplaşmasının bölgədə təsiri Pəncə-Kilid əməliyyatları fonunda xeyli zəifləyib.