Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ukraynada cərəyan edən son hadisələr, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.
Leyla Abdullayeva deyib: "Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur".
AZƏRTAC