Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb
İdman

Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Böyük Dəbilqə turnirində finala yüksəlib.

"Respublika"  xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev həlledici görüşə vəsiqə qazanıblar.

H.Heydərov yarımfinalda özbəkistanlı Şakram Əhədova, Z.Tçkayev isə özbəkistanlı Nurbek Murtozoevə qalib gəlib.

Finalda Hidayət Heydərov moldovalı Petru Pelivanla, Zelim Tçkayev isə Avstraliyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk günündə iki medal əldə ediblər. Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) gümüş mükafata layiq görülüb.