Azərbaycanla Macarıstan arasında ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib
Digər xəbərlər

Azərbaycanla Macarıstan arasında ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

"Respublika" İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıblar.